Putinin səhvləri və Rusiyanın gerçək üzü

Putinin səhvləri və Rusiyanın gerçək üzü
  30 Noyabr 2013    Oxunub:1730
İngiltərənin “Financial Times” qəzeti Vladimir Putinin daxili siyasətdəki səhvlərini analiz edib.

AzVision.az “Financial Times” qəzetində Ben Cudun müəllifi olduğu məqaləni ixtisarla təqdim edir. Rusiya üzrə ekspert Ben Cud “Kövrək İmperiya: Rusiya Putini necə sevdi və nifrət etdi” kitabının və onlarla məqalənin müəllifidir.

“Vladimir Putin əmindir ki, Rusiya QHT-lərdəki xarici casuslarla, xristian mənəviyyatını pozmağa çalışan cinsi azlıqlarla və pirat-ekoloqlarla əhatə olunub. Bu xəyali düşmənlərlə mübarizənin davam etdiyi hazırki vaxtda, Rusiyanın əsl mərəzləri daha dərinə kök atır.

Rusiya fövqəl gücə malik korrupsiyalaşmış çinovnik hakimiyyəti altındadır. Ölkədə polisdən və həbsxana nəzarətçilərindən daha kriminal institut yoxdur. Polis pul qarşılığında küçələrdə heroinin açıq satışına göz yumur. Həbsxanalarda isə vəziyyət daha da pisdir, mühafizəçilər özləri bu işlə məşğul olurlar.

Bu baxımdan Rusiya qapılı bir dairədir. 2000-ci ildən QİÇS xəstəliyindən və immun çatışmazlığından əziyyət çəkənlərin sayı 100 mindən 1,2 milyona qədər artıb.

Uralın sənaye şəhərlərindən Sibirin tənəzzülə uğramış kəndlərinə aparan yollarda bu faciəni açıq-aydın görmək olar. Narkotik maddələr günün günorta çağı satılır. Hər yerdə evsiz yeniyetmə narkomanlar dolaşır. Buna görə Beynəlxalq bankın 2020-ci il üçün Rusiyada hər ay 20 min nəfərin QİÇS xəstəliyindən öləcəyi barədə proqnozuna təəccüblənmirsən.

Rusiya zəngin ölkədir və bütün bəlalardan qurtula bilər.

Lakin Vladimir Putinin Rus Pravoslav kilsəsi ilə ittifaqı məktəblilərin seksual maarifləndirilməsinə mane olur. Qeyri-hökumət təşkilatları barəsində qəbul edilən yeni qərar QİÇS-lə mübarizə aparan xeyriyyə təşkilatlarına ağır zərbə vurur.

Əksər rus müxalifətçiləri belə öz kasıblarına qarşı laqeyddir. Aşağı təbəqələr isə qarşılığında Moskva bomondunun əsasını təşkil edən oliqarxlara nifrət edir. Yaranan boşluğu isə miqrantları təqib edən irqçilər doldurur.

Putin isə həqiqətən də heroin narkomaniyasının epidemiya halı almasından və məmur sinfinin kriminallaşmasından xəbərsizdir. Yaxın ətrafı onu aldatmaqda davam edir. Çünki bu onlara Rusiya büdcəsindən milyardlarla pul oğurlamaq işini sadələşdirir.

Bu gün Rusiyaya korrupsiya, heroin və QİÇS-dən ibarət olan şər üçlüyünü məhv edəcək güclü lider lazımdır”.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti