Britaniya bankları kiberhücuma məruz qalıb

Britaniya bankları kiberhücuma məruz qalıb
  30 Noyabr 2013    Oxunub:1038
İngiltərə Mərkəzi Bankı Böyük Britaniyanın bir sıra iri banklarının mərkəzləşdirilmiş haker hücumuna məruz qaldığını və xeyli itkilərlə üzləşdiyini elan edib.
AzVision xəbər verir ki, bu barədə “Financial Stability Report” şirkətinin hesabatında deyilir. Britaniya maliyyə sektorunun qarşılaşdığı müxtəlif amilləri əks etdirən sənəddə deyilir ki, kiberhücumlar bank sistemi və bir neçə iri bankların stabilliyi üçün real təhlükə törədir. Hesabatda daha sonra vurğulanır ki, maliyyə sistemləri kiberhücumlarla əlaqədar bir sıra boşluqlara malikdir.

Boşluqların səbəbi həm də vahid sistem çərçivəsində fəaliyyət göstərən bankların bir-biri ilə sıx bağlı olmasındadır. Bundan başqa, bankların bazasını vahid bazar infrastrukturu, mürəkkəb və köhnəlmiş İT sistemləri təşkil edir. Hesabatda həmçinin qeyd edilir ki, əksər banklar zərərli “White Shark II” kodunun fəaliyyəti nəticəsində ziyan çəkib. Mərkəzi Bank bu insidentlə bağlı ətraflı məlumatı 2014-cü ilin əvvəlində açıqlayacaq.

S.Həsənova


Teqlər:  





Xəbər lenti