İki gündə 40-a yaxın yeraltı təkan

İki gündə 40-a yaxın yeraltı təkan
  01 Dekabr 2013    Oxunub:1097
İranın cənubunda iki gün ərzində 40-a yaxın yeraltı təkan qeydə alınıb.
İranın cənubunda yerləşən Borazcan şəhərində 28-30 noyabr tarixləri arasında 39 yeraltı təkan qeydə alınıb. AzVision.az IRNA agentliyinə isitnadən verdiyi məlumata görə, bu barədə Tehran Universiteti yanında Seymoloji Mərkəzdən bildiriblər.

Sonuncu 3,9 bal gücündə yeraltı təkan şənbə günü qeydə alınıb.

Xatırladaq ki, noyabrın 29-da İranın Buşəhr vilayətində Borazcan və Dəştistan şəhərlərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 8 nəfər həlak olmuş, 190 nəfər isə yaralanmışdı.

Həmçinin 300-ə yaxın evə ziyan dəyib.


Teqlər:





Xəbər lenti