Cüdoçumuz Qazaxıstanda bürünc medal qazandı

Cüdoçumuz Qazaxıstanda bürünc medal qazandı
  19 İyul 2019    Oxunub:1741
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, əvvəlcə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.

Azvision.az


Teqlər:





Xəbər lenti