Atletlər Kəndində şənlik təşkil edilib
XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Yarışda 48 ölkədən 14-18 yaşlı 3900 yeniyetmə idmançı mübarizə aparacaq.
Qeyd edək ki, “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Bu yarışlarda ölkəmizi 122 idmançı təmsil edəcək.
Festival zamanı 12 idman arenasında 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Azvision.az
Teqlər: Baku-2019