Cüdoçularımız 2 qızıl, 2 bürünc medal qazanıblar

Cüdoçularımız 2 qızıl, 2 bürünc medal qazanıblar
  22 İyul 2019    Oxunub:1671
Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.
Azvision.az xəbər verir ki, cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti