Cüdoçumuz EYOF-da gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Belarus, Çexiya, Türkiyə təmsilçilərini məğlub edərək finala çıxıb. Talıbov həlledici görüşdə İtaliya idmançısı Luici Centraccioya məğlub olub. Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da aktivinə 4-cü medalı yazdırıb.
Yarışların ilk günü Turan Bayramov qızıl, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb. İyulun 26-ı oğlanlarda 81, 90, +90, qızlarda isə 70 və +70 çəki dərəcələrinin qaliblərinin adına aydınlıq gələcək.
Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.
Azvision.az