Gülnarə Kərimova yenə hücuma keçdi

Gülnarə Kərimova yenə hücuma keçdi
  02 Dekabr 2013    Oxunub:1729
Prezident qızı sosial şəbəkələr vasitəsilə yenə kiçik bacısı Lola Kərimova-Tillayevaya ittihamlar səsləndirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova İsveçrənin biznes xarakterli “Bilan” jurnalında ölkənin ən varlı insanları arasında Lola Kərimova-Tillayevanın adını göstərməsinə münasibət bildirib. “Twitter” sosial şəbəkəsi vasitəsilə Gülnarə Kərimova bacısının daha böyük sərvətə malik olduğunu və jurnalın Lola Kərimovaya Amerika və Dubaydakı milyonlarla dollar dəyərindəki malikanələri nəzərə almadığını yazıb. Lola Kərimova isə “Bilan” jurnalında yer alan maliyyə məlumatlarının ona aid olmadığını bildirib.

Xatırladaq ki, son günlər Gülnarə Kərimova atasının qəzəbinə tuş gəlib. Əvvəllər ona məxsus olan “Terra Group” mediahostinqi, radio və telekanallarının fəaliyyəti oktyabr ayından dondururulub. Onlara qarşı maliyyə yoxlamaları başlanıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti