Sülhməramlı Putin Ermənistana ucuz silah satır - VİDEO
Azərbaycan tərəfindən `aqressiya` olacağı təqdirdə Rusiyanın reaksiyası necə olacaq sualına cavablandırarkən Putin qeyd edib ki, nə qədər biz çox bu sözləri belə təkrarlasaq bir o qədər az məsələnin sülh yolu ilə həllinə şərait olacaq.
“Biz istərdik ki, dünyanın bu Rosiya Federasiyasının sərhədlərində yerləşən və Rusiya ilə sıx əlaqəsi olan bölgəsində heç vaxt qan axıdılmasın- nə erməni nə də Azərbaycan respublikasının vətəndaşlarının”.
Lakin Putin bu sülhməramlı çağırışlarına baxmayaraq ermənistana Rusiya silahının yerli qiymətə satılmasını da qeyd edib. KTMT-nin üzvü kimi Ermənistan daxili qiymətlərlə Rusiya silahını ala biləcək- deyə Putin mətbuat konfransında bildirib.
Rusiya Prezidenti bildirib ki, silahlanma qiymətləri nəinki təhlükəsizlik, büdcədən pul ayrıldığı üçün həm də iqtisadi məsələdir.
“Gümridə olarkən biz həm də 102-ci Rusiya hərbi bazasında hərbiçilərlə görüşdük. Biz bu qənaətdəyik ki, rusiya hərbiçilərinin erməni torpaqlarında olması Qafqazda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir və eləcədə KTMT-yə üzv dövlətlər kimi Rusiya və Ermənistan arasında praktiki əməkdaşlıq səviyyəsini artırır” - deyə Rusiya prezidenti səfəri şərh edərkən bildirib.