“Bugünkü ixtisasların çoxu təlabata uyğun deyil” - Dövlət Agentliyi

“Bugünkü ixtisasların çoxu təlabata uyğun deyil” -  Dövlət Agentliyi
  02 Avqust 2019    Oxunub:2071
"Bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının təlabatına uyğun deyil"
Azvision.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq.

"Məsələn, artıq kompüter operatoru ixtisası bazarın təlabatına uyğun deyil. Hər il təsnifata yeni ixtisaslar daxil olur. Ötən il 168 ixtisas üzrə kadr hazırlığı aparılırdı. Daha əvvəl isə bu say 176 idi. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu qısa müddətli iş deyil. Bu istiqamətdə işlər aparılacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Peşə   Agentlik  





Xəbər lenti