"Neftçi"nin oyununu fransızlar idarə edəcək

"Neftçi"nin oyununu fransızlar idarə edəcək
  02 Avqust 2019    Oxunub:1618
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının hakim təyinatları açıqlanıb.
Azvision.az "Neftçi"nin saytına istinadən xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.

Xatırladaq ki, avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.

Azvision.az



Teqlər: Neftçi   Hakim   Təyinat  





Xəbər lenti