Dövlət qulluğu üzrə müsahibə davam edir

Dövlət qulluğu üzrə müsahibə davam edir
  03 Avqust 2019    Oxunub:1679
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, avqustun 3-ü saat 15:05-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 12-si müxtəlif vəzifələrə uyğun bilinib.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-dək davam edəcək. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti