İki azərbaycanlı beynəlxalq dərəcəli hakim oldu

İki azərbaycanlı beynəlxalq dərəcəli hakim oldu
  05 Avqust 2019    Oxunub:1773
Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar. Namizədlərlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər. Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər.

Azvision.az



Teqlər: Cüdo   Hakim  





Xəbər lenti