“Uduzmuşuqsa, rəqibi təbrik etməliyik” - Qurban Qurbanov

“Uduzmuşuqsa, rəqibi təbrik etməliyik” -    Qurban Qurbanov
  14 Avqust 2019    Oxunub:2169
"Təəssüf ki, uduzduq. İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda APOEL-ə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Qurbanov rəqibdən zəif çıxış etmələri ilə bağlı fikirlərlə razılaşmadığını bildirib.

“Bəzi epizodları saymasaq, komandanın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu”.

Baş məşqçi APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib: “Uduzmuşuqsa, rəqibi təbrik etməliyik”.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşan "Qarabağ" səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenada məğlub olaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Azvision.az


Teqlər:





Xəbər lenti