Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır

Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır
  14 Avqust 2019    Oxunub:2687
Sabahdan şagirdlərin elektron yerdəyişməsinə start veriləcək.
Azvision.az xəbər verir ki, avqustun 15-dən “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə veriləcək.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Azvision.az



Teqlər: TN   Şagird   Yerdəyişmə  





Xəbər lenti