Güləşçimiz dünya üçüncüsü oldu

Güləşçimiz dünya üçüncüsü oldu
  15 Avqust 2019    Oxunub:1849
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan və Almaniya güləşçilərini məğlub etsə də, yarımfinalda ABŞ təmsilçisinə uduzub. Hacıyev üçüncü yer uğrunda görüşdə rusiyalı Devid Betanovu üstələyib.

Bu gün mübarizəyə qoşulan Əsgər Məmmədəliyev (61 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) medalsız qalıb.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub.

Azvision.az



Teqlər: Güləş   Medal   Bürünc  





Xəbər lenti