Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

 Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  28 Avqust 2019    Oxunub:6659
"Qarabağ" - "Linfild" oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı hazırlıq işləri görülüb.
Bunu Azvision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur.

"Yəni, oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq. Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb. Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq".

Qeyd edək ki, sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" "Linfild" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Futbol  





Xəbər lenti