79 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

79 nəfər müxtəlif vəzifələrə uyğun bilinib
  14 Sentyabr 2019    Oxunub:2385
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Azvision.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 14-ü saat 11:00-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 79 nəfər uğur qazanıb. Onlardan 38 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 25 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti