Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın III turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.
Azvision.az