Millimizin oyununa azarkeş buraxılmayacaq

 Millimizin oyununa azarkeş buraxılmayacaq
  23 Sentyabr 2019    Oxunub:2434
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyununa azarkeş buraxılmayacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı UEFA-nın Etika və İntizam Komitəsi qərar qəbul edib. Bildirilib ki, buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub.

Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.

Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.

Azvision.az



Teqlər: Macarıstan   UEFA  





Xəbər lenti