Cüdoçularımız Avropa kubokunda 4 medal qazanıb

Cüdoçularımız Avropa kubokunda 4 medal qazanıb
  30 Sentyabr 2019    Oxunub:2324
Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.
Azvision.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Kişilər arasında 100 kiloqramdan çox çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kiloqram) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə, milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar.

Xatırladaq ki, turnirin ilk günü Aleksandra-Larisa Florian (57 kiloqram) və Rəşad Yelkiyev (60 kiloqram) 3-cü yeri tutublar. Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti