“Məktəblərin 85 faizində ərazi prinsipi tətbiq olunmur” - Rəşad Tağıyev
Azvision.az xəbər verir ki, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
R.Tağıyev qeyd edib ki, 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.
İdarə müdiri əlavə edib ki, 2019-cu ildə fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 23 nəfər müraciət edib. Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub.
Aytən Zəhra
Azvision.az
Teqlər: RəşadTağıyev Məktəb