Şahmatçımız erməni rəqibini məğlub etdi

   Şahmatçımız erməni rəqibini məğlub etdi
  19 Oktyabr 2019    Oxunub:2845
Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin 8-ci turunun oyunları yekunlaşıb.
Azvision.az xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edərək aktivinə daha bir xal yazdırıb.

Komandamızın digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək.

Azvision.az



Teqlər: Şahmat   Yarış   Turnir   Erməni   Rəqib  





Xəbər lenti