Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilib
  21 Oktyabr 2019    Oxunub:2330
Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 min 830 müraciət daxil olub. Onlardan 53 min 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğu isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina cavabı alıb.



Azvision.az



Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti