Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə!

Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə!
  21 Oktyabr 2019    Oxunub:2610
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il oktyabrın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.

İmtahan Bakı şəhərində 4 binada təşkil olunacaq və saat 11:00-da başlayacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 131 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1369 namizəd qeydiyyatdan keçib.

İmtahan 3 sааt dаvаm еdəcək. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Azvision.az



Teqlər: DİM   Vergi   İş   İmtahan  





Xəbər lenti