“Qarabağ” APOEL-lə heç- heçə etdi - Yenilənib

“Qarabağ” APOEL-lə heç- heçə etdi -  Yenilənib
  25 Oktyabr 2019    Oxunub:5997
UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.

Qarşılaşmanı slovakiyalı referi Filip Qlovaya idarə edib.

Matçın 12-ci dəqiqəsində Dani Kintana hesabı açıb. 29-cu dəqiqədə APOEL cavab qolunu vurub. Rəqib komandanın heyətində Nikolas İoannou fərqlənib. İlk hissənin son dəqiqəsində Kipr təmsilçisi hesabda önə çıxıb. Linus Hallenius kipirlilərin 2-ci qoluna imza atıb.

Qarşılaşmanın 59-cu dəqiqəsində Ağdam klubu Ailtonun baxımlı qolu ilə hesabı bərabərləşdirib. Görüşdə əlavə qol vurulmayıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

Azvision.az


Teqlər: Qarabağ   APOEL  





Xəbər lenti