Güləşçimiz erməniyə qalib gəlib dünya üçüncüsü oldu
Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.
Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.
Azvision.az
Teqlər: Güləş Dünya-Çempionatı