Azərbaycanlı idmançı “Alexander Cup”da ikinci oldu

Azərbaycanlı idmançı “Alexander Cup”da ikinci oldu
  03 Noyabr 2019    Oxunub:1544
Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.
Azvision.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

Bu gün Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.

Azvision.az



Teqlər: Atlet   Belarus  





Xəbər lenti