Hamburq Qran-Prisi: Rəcəbovun rəqibi Dubovdur

   Hamburq Qran-Prisi:    Rəcəbovun rəqibi Dubovdur
  05 Noyabr 2019    Oxunub:2152
Bu gün Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin birinci turuna start veriləcək.
Azvision.az xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının qatıldığı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edir. Birinci turda şahmatçımızın rəqibi rusiyalı Daniel Dubov olacaq.

Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra iştirak etdiyi birinci yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Azvision.az



Teqlər: Şahmat   Rəcəbov  





Xəbər lenti