“Avro 2020”nin finalını İTV və AzTV yayımlayacaq
Qitə çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı Bakıda keçiriləcək.
“Avro 2020”nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq.
UEFA-nın 60 illik yubileyi münasibətilə “Avro 2020”nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası Avropanın ali futbol qurumu tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın icraiyyə komitəsinin iclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.
Azvision.az