Təhsil şöbələrinin müdirləri hesabat verdilər

Təhsil şöbələrinin müdirləri hesabat verdilər
  14 Noyabr 2019    Oxunub:2709
Noyabrın 14-də Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Şamaxı, Qobustan və Ağsu təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikirlərini bildirib, təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs edib.

Sonra qeyd edilən rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri diqqətə çatdırıb. O, təhsil işçilərinə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Sonda təkliflər dinlənilib, suallar cavablandırılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunub.

Azvision.az


Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti