Azərbaycan komandası dünya çempionatının qalibi oldu

Azərbaycan komandası dünya çempionatının qalibi oldu
  25 Noyabr 2019    Oxunub:2186
Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində noyabrın 22-də start götürən alpaqut Turan döyüş sənəti üzrə ikinci Dünya Çempionatına yekun vurulub.
Azvision.az xəbər verir ki, bu nüfuzlu yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

Yarışda yüksək nəticə göstərmiş idmançılar təltif ediliblər. Qaliblərə mükafatı Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayeva təqdim edib.

Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.

Azvision.az



Teqlər: Alpaqut   Yarış  





Xəbər lenti