Cüdo üzrə Bakı çempionatının qalibləri bəlli oldu

Cüdo üzrə Bakı çempionatının qalibləri bəlli oldu
  26 Noyabr 2019    Oxunub:2336
Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman Kompleksində keçirilən cüdo üzrə açıq Bakı çempionatının qalibləri məlum olub.
Azvision.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, iki gün davam edən yarışda paytaxtın 27 klubundan 235 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Kişilərin yarışında Qasım Vəlizadə (60 kq), Murad Heydərli (66 kq), Elcan Şəfiyev (73 kq), Kərim Məmmədov (81 kq), İbrahim Ağakişiyev (90 kq), Natiq Bəşirov (100 kq) və Hüseyn Məmmədov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qadınların mübarizəsində isə Şəfəq Həmidova (48 kq), Səbinə Qədirova (52 kq), Gülcahan Hacıyeva (57 kq), Günel Bağırzadə (63 kq), Aidə Baxışova (70 kq), Nərmin Əmirli (78 kq) və Rəvanə Kərimova (78 kq-dan yuxarı) qızıl medala sahib olublar.

Çempionatda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar.

Azvision.az



Teqlər: Cüdo   Yarış  





Xəbər lenti