AVRO-2020: Bakıya gələcək komandalar məlum oldu - SİYAHI

  AVRO-2020:  Bakıya gələcək komandalar məlum oldu -  SİYAHI
  01 Dekabr 2019    Oxunub:6724
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşatma mərasimi olub.
Azvision.az xəbər verir ki, püşkatma nəticəsində turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. Belə ki, qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar dördüncü səbətdə yer alıblar.

Bundan əlavə, Bakıya gələcək milli komandalar da məlum olub. Belə ki, iyunun 13-də Uels-İsveçrə, iyulun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda keçiriləcək.

Püşkatmanın qruplar üzrə nəticələri:

A qrupu

Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu

Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu

Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu

İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu

İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu

A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya



Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

Azvision.az


Teqlər: Avro-2020   Türkiyə   Milli  





Xəbər lenti