Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizə aparır

Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizə aparır
  03 Dekabr 2019    Oxunub:2796
Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Serbiyada keçirilən beynəlxalq turnirdə mübarizəni liderlər qrupunda davam etdirir.
Azvision.az xəbər verir ki, 8 turda 6,5 xal toplayan təmsilçimiz turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Digər şahmatçımız Nail Bəşirli isə 6 xalla beşinci yerdədir.

Qeyd edək ki, 9 turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Azvision.az



Teqlər: Şahmat   Yarış  





Xəbər lenti