Rüstəm Qasımov Avropa birinciliyində bürünc medal qazandı
Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kiloqram nəticə ilə altıncı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 144 kiloqramı ram edərək, bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib olub.
Atletimiz toplam 260 kiloqram (116+144) nəticə ilə yekun sıralamada beşinci pillədə qərarlaşıb.
Azvision.az
Teqlər: RüstəmQasımov Avropa-Çempionatı