“Neftçi” uduzdu, “Qarabağ” qalib gəldi

“Neftçi” uduzdu, “Qarabağ” qalib gəldi
  17 Dekabr 2019    Oxunub:2303
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün ilk görüşündə "Neftçi" klubu Bakıda "Sumqayıt"ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsilə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda isə "Qarabağ" və "Keşlə" komandaları üz-üzə gəliblər. Qarşılaşma Ağdam klubunun minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları:

“Qarabağ” – “Keşlə” - 1:0
“Neftçi” – “Sumqayıt” - 0:1
“Səbail” – “Zirə” - 0:0
“Qəbələ” – “Sabah” - 3:0


Qeyd edək ki, 1/4 finalın cavab görüşləri dekabrın 19-u və 20-də keçiriləcək.

Azvision.az


Teqlər: Kubok   Neftçi   Qarabağ  





Xəbər lenti