Kikboksçularımız beynəlxalq turnirdə 7 medal qazanıb

Kikboksçularımız beynəlxalq turnirdə 7 medal qazanıb
  17 Dekabr 2019    Oxunub:3012
Kikboksçularımız Kiyevdə təşkil olunan WAKO (Dünya Kikboksinq Assosiasiyası Təşkilatı) versiyası üzrə “Wizard - Open Rıng 2019” beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Azvision.az xəbər verir ki, yeniyetmələr və böyüklər arasında keçirilən yarışda Azərbaycan Kikboksinq Federasiyasının (AKF) “Sərhədçi” komandası 7 medal qazanıb.

Əməkdar məşqçi, dünya çempionu Fuad Zeynalovun rəhbərliyi altında Elməddin Baxşəliyev (67 kq), Elşad Şahbazov (71 kq), Elcan Alıkişiyev (81kq) qızıl, Vüsal Kazımov (54 kq), Zöhrab Əsədov (28 kq) gümüş, Məqsəd Hacıyev (60 kq) və Nihad Hüseynov (45 kq) isə bürünc medala sahib olublar.

Azvision.az



Teqlər: Yarış   Kiyev   Medal  





Xəbər lenti