“Sabah” klubunun qış hazırlıq planı

“Sabah” klubunun qış hazırlıq planı
  18 Dekabr 2019    Oxunub:2962
Bakının “Sabah” futbol klubunun qış hazırlıq planı bəlli olub.
Azvision.az kluba istinadən xəbər verir ki, komandamız yanvarın 8-dən 22-dək Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olacaq.

“Sabah” toplanış çərçivəsində 4 yoxlama oyununda (yanvarın 11-də, 15-də, 19-da və 20-də) qüvvəsini sınayacaq. Yoxlama oyunlarındakı rəqiblər qarşıdakı günlərdə məlum olacaq.

Azvision.az



Teqlər: Sabah   Klub   Futbol  





Xəbər lenti