İdmançımız Qətər Beynəlxalq Kubokunun qalibi olub

İdmançımız Qətər Beynəlxalq Kubokunun qalibi olub
  22 Dekabr 2019    Oxunub:2857
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova VI Qətər Beynəlxalq Kubokunun qalibi olub.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azvision.az -a verilən məlumata görə, “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü toplam 221 kiloqram (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, dekabrın 24-dək davam edəcək yarışa Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) da qatılıb.

Azvision.az



Teqlər: İdman   Yarış  





Xəbər lenti