“Təqaüd alan tələbələrin sayı 50%-ə çatdırılacaq” - Təhsil naziri

“Təqaüd alan tələbələrin sayı 50%-ə çatdırılacaq” -    Təhsil naziri
  24 Dekabr 2019    Oxunub:4092
"2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50%-ə çatdırılacaq"

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, cari tədris ilində tələbələrə verilən təqaüdlərin həcmi 20% artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib.

"Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib".

C.Bayramov qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə cari tədris ilində 8 istiqamətdə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Bayramov   Təhsil-Nazirliyi  





Xəbər lenti