AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı
  25 Dekabr 2019    Oxunub:2660
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, 2019-cu ilin son yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

Belə ki, “Zirə” - “Səbail” matçında 7 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “Sumqayıt” - “Neftçi” oyununda isə 4 futbolçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti