18 məktəb direktorunun əmək müqaviləsi ləğv edilib

18 məktəb direktorunun əmək müqaviləsi ləğv edilib
  27 Dekabr 2019    Oxunub:3261
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. Bundan əlavə, 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.



Azvision.az



Teqlər: Məktəb   Direktor  





Xəbər lenti