İdmançılarımız bir ildə 775 medal qazanıb

  İdmançılarımız bir ildə 775 medal qazanıb
  27 Dekabr 2019    Oxunub:3530
Bu il Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşündə deyib. Nazir bildirib ki, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub.



"Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub", - deyə A.Rəhimov qeyd edib.

Azvision.az



Teqlər: İdman   Yarış   Nazir   Medal  





Xəbər lenti