İlin son yarışını 12 medalla başa vurdular
Aidə Baxışova (70 kq) və Fəqan Quluzadə (81 kq) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıblar. Klubun aktivinə bürünc medalları isə Diana Şoranova (63 kq), Nurlan Osmanov (66 kq), Nərgiz İbrahimova (70 kq), Kənan Quluzadə (73 kq) və Hüseyn Məmmədov (+100 kq) yazdırıblar.
Gülşən Nəzərova (52 kq), Nərgiz Hacıyeva (63 kq), Elçin Hüseynov (66 kq), Günel Quliyeva (70 kq) və Elvin Əhmədli (90 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər.
Fərdi yarışlarda qazanılmış medalların əyarına görə “Judo Club 2012” çempionatda ikinci pillədə qərarlaşıb.
Turnirin sonuncu günündə komanda yarışlarına start verilib. 12 komandanın iştirakı ilə keçirilən yarışda “Judo Club 2012”nin kişilərdən və qadınlardan ibarət komandaları da medallar uğrunda mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən yarışda klubun kişilərdən ibarət komandası gümüş medala layiq görülüb. “Judo Club 2012”nin qadınlardan ibarət komandası isə bürünc medala sahib çıxıb.
Beləliklə, “Judo Club 2012” Azərbaycan çempionatını 12 (3 qızıl, 3 gümüş, 6 bürünc) medalla başa çatdırıb.
Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin pul mükafatları təqdim olunub. Komandaların nümayəndələri isə kuboklar və diplomlarla mükafatlandırılıblar.
Azvision.az