BŞTİ-yə 86 651 müraciət daxil olub

BŞTİ-yə 86 651 müraciət daxil olub
  29 Dekabr 2019    Oxunub:2116
2019-cu il ərzində Bakı Şəhər Təhsil İdarəsinə 86 651 müraciət daxil olub.
İdarədən Azvision.az -a verilən məlumata görə, müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 099 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 41 495 müraciət daxil olub. 2 445 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

21 082 sənəd (vətəndaşlar tərəfindən 4 595 ərizə, Təhsil Nazirliyindən 2 667, digər qurumlardan 2 667, məktəblərdən 7 491 məktub, 709 strukturdaxili yazışma və 2 953 kadr ərizəsi) qəbul olunub. Həmçinin 4 530 elektron müraciətə baxılıb. Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti