Paytaxtda 6791 şagird məktəbini dəyişib

Paytaxtda 6791 şagird məktəbini dəyişib
  29 Dekabr 2019    Oxunub:3526
2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb.

BŞTİ-nin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqəyə 2 239 şagird qatılıb. Onlardan 1 631-i müsabiqənin nəticələrinə görə müvəffəq olub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti