Azvision.az xəbər verir ki, millimiz yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq prosesi keçəcək. Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kiloqram), Taleh Məmmədov (63 kiloqram), İslambek Dadov (67 kiloqram), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kiloqram), Həsən Əliyev (77 kiloqram), Rafiq Hüseynov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Orxan Nuriyev (97 kiloqram), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kiloqram) iştirak edəcəklər. Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Bakıda - Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcəklər.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək “Qran-pri” turniri olacaq.
Azvision.az