Azərbaycan cüdoçuları Avstriyada
Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır.
Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları - fransız Teddi Riner, çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak edirlər.
Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.
Azvision.az