Güləşçilərimiz Fransada 7 medal qazanıb

Güləşçilərimiz Fransada 7 medal qazanıb
  20 Yanvar 2020    Oxunub:3256
Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri keçirilib.
Azvision.az xəbər verir ki, yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib.

Komandamız Qran-pridə uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanov (72 kq), Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutublar.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti